10 İyul 2018 23:08
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Baş katibi Yens Stoltenberq Helsinkidə Rusiya və ABŞ prezidentlərinin iyulun 16-da planlaşdırılan görüşünün gərginliyin azalmasına imkan yaradacağını bəyan edib.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, Yens Stoltenberq belə görüşün NATO-nun Rusiya ilə münasibətlərindəki yanaşmasına cavab verdiyini deyib.

“Biz güclü və möhkəm olmalıyıq, müdafiənin gücləndirilməsi siyasi dialoqun ən yaxşı platformasıdır. Çünki biz yeni bir soyuq müharibə istəmirik, risklərin, yanlış hesablaşmaların, hadisələrin qarşısını almaq üçün müxtəlif səviyyələrdə dialoqa ehtiyacımız var. Mən düşünürəm ki, dialoq yüksək gərginlik kontekstində əhəmiyyətlidir, gərginliyi azalda bilər, həmçinin NATO-nun vahid qalması üçün vacibdir”, - deyə baş katib vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında iyulun 16-da görüş keçirilməsi nəzərdə tutulub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər