Pakistanın Mastunq və Bannu şəhərlərində törədilən terror aktları nəticəsində 75 nəfər həlak olub, 152 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, partlayışlar seçkiqabağı mitinqlər zamanı baş verib.
Həlak olanlar arasında Bəlucistan əyalətindən deputatlığa namizəd Nəvabzadə Sirac Raisəni də var.
Baş vermiş terrora görə İŞİD qruplaşması məsuliyyəti üzərinə götürüb.