18 İyul 2018 14:56
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın “Boeing” korporasiyası Prezident Donald Tramp və xələfi üçün yeni təyyarələrin hazırlanması barədə sifariş alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Xəbərə əsasan, ABŞ Hərbi Hava Qüvvələri ilə bağlanmış müqavilənin icrasına 2019-cu ildən başlanılacaq. Yeni təyyarələr 2024-cü ildə təhvil veriləcək. Prezident administrasiyası ilə 1,5 il davam edən danışıqlardan sonra şirkət qiymətdə 1 milyard dollar endirim edib. Şirkətə yekun olaraq iki təyyarə üçün 3,6 milyard dollar ödəniləcək.

Ağ Evin aviaparkı “Boeing 747-200B” (1987-ci il) əsasında hazırlanmış 2 təyyarədən və çox sayda “Sikorsky Sh-3 Sea King” (1974-cü il) və “Sikorsky White Hawk” (1989-cu il) helikopterlərindən ibarətdir. Sözügedən texnikalar köhnəldiyi üçün onların yenilənməsi nəzərdə tutulub.


Müəllif: Ruslan