22 İyul 2018 01:10
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Miçoakan ştatının Buenavista şəhərinin meri Eliseo Delqado qətlə yetirilib. Bununla da Meksikada bir sutka ərzində öldürülən məmurların sayı 3-ə çatıb.

Teleqraf.com xəbər verir ki, mer naməlum şəxs tərəfindən şəhər administrasiyasından çıxarkən güllələnib. O, “Tarixi birgə yazaq” koalisiyasından şəhər meri seçilmişdi.

Bundan əvvəl isə eyni gündə Tlekepak şəhər şurasının müşaviri və ümimi işlər üzrə komissar qətlə yetirilib.

Hər üç məmurun narkotik qaçaqmalçıları tərəfindən öldürüldüyü bildirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər