Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) İsraili təhdid edib.
Teleqraf.com xəbər verir ki, HƏMAS İsrail ordusunun Qəzzada əməliyyat keçirməsinin əvəzini ağır ödəyəcəyini bildirib.
Hərəkatın bəyanatında bildirilir:
“Hücum nəticəsində Əbdülkərim İsmayıl Rıdvanın şəhid olması cavabsız qalmayacaq. Bu, utancverici cinayətdir. İsrail rejimi bunun əvəzini öz qanı ilə ödəyəcək”.
Qeyd edək ki, İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatda bir nəfər həlak olub, 3 nəfər yaralıb.