İranın Ali Dini rəhbəri Seyid Əli Xameneyi ölkəsinin neft ixracatının qarşısı alınacağı təqdirdə regionda heç bir dövlətin neft sata bilməyəcəyi barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Xameneyinin son xəbərdarlığı rəsmi açıqlama kimi onun rəsmi internet səhifəsində yerləşdirilib.
Açıqlamada qeyd edilir ki, ABŞ-ın tətbiq etməyi nəzərdə tutduğu yeni sanksiyalar səbəbindən İranın neft ixracatı dayanarsa, bu halda bölgədə heç bir ölkə neft satmayacaq durumuna gələcək.
İran Prezidenti Həsən Ruhaninin iyul ayında verdiyi bənzər açıqlamalara dəstək verən Xameneyi deyib ki, ölkə prezidentinin düşüncələri, yəni “İran neftinin ixrac edilməməsi halında bölgədə heç bir dövlətin neftinin ixrac edilməyəcəyi” mövzusundakı sözləri İranın siyasəti və yanaşması baxımından çox əhəmiyyətlidir.