24 İyul 2018 15:18
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Senat və Nümayəndələr palataları 2019-cu il üçün müdafiə xərclərinə dair layihəni qəbul edib. ABŞ-ın müdafiə xərcləri gələn il 716 milyard dollar olacaq.

Teleqraf.com xəbər verir ki, layihədə Türkiyəyə F-35 yeni döyüş təyyarəsi təhvilinin müvəqqəti olaraq dayandırılması da yer alıb.

ABŞ Müdafiə Nazirliyi 90 gün ərzində Konqresə Türkiyə-ABŞ münasibətlərinin vəziyyətinə dair hesabat təqdim etməlidir.

Bu hesabatda Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasının hərbi əlaqələrə təsiri, eləcə də Türkiyəyə F-35 təyyarələrinin satılmasındna imtina olunmasının ABŞ sənayesi üçün yaradacağı nəticələr dəyərləndiriləcək.


Müəllif: Ruslan

Oxşar xəbərlər