25 İyul 2018 08:28
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan İranın energetika naziri Reza Ardakanianı qəbul edib.

Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Ermənistan-İran münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda, iki ölkə arasında ticarət həcminin artırılması üçün mühüm addımların atılmasının zəruriliyinə diqqət çəkib.

İranın energetika naziri Reza Ardakanian Paşinyana İran prezidenti Həsən Ruhaninin ölkəsinə dəvət mesajını çatdırıb. Nazir, azad iqtisadiyyat və investisiya zonalarında əhəmiyyətli əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.

Görüşdə həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər