Türkiyə silahlı qüvvələrinin ölkənin Hakkari vilayəti ilə İraqın şimalındakı Kani-Raş bölgəsində həyata keçirdiyi anti-terror əməliyyatları zamanı PKK-nın 4 üzvü məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyatlarda hərbi helikopterlərdən də istifadə olunub.
Terrorçuların sığınacaqları müəyyənləşdirilərək, istifadə üçün nəzərdə tutulmuş xeyli sayda silah-sursat götürülüb.
Əməliyyatlar davam etdirilir.