Tramp administrasiyası İranın regionda genişlənmə siyasətinə qarşı aralarında Misir və İordaniyanın da olduğu Körfəz ölkələrindən ibarət yeni bir siyasi və təhlükəsizlik ittifaqı qurmaq üçün addımlar atır.
Teleqraf.com xəbər verir ki, Orta Şərq ərəb ölkələri və Ağ Ev rəsmiləri planın NATO-nun ərəb versiyası şəklində bir ittifaq qurulmasına hesablandığı düşüncəsindədir.
İddiaya görə, ittifaq hava hücumundan müdafiə sistemi, hərbi təlimlər, anti-terror, bölgə ölkələrinin iqtisadi və diplomatik əlaqələrinin dəstəklənməsi kimi məsələlərdə əməkdaşlıq edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla əldə edilən nüvə razılaşmasından birtərəfli qaydada çıxıb.
İranın Livanda Hizbullaha, Suriyada Bəşər Əsədə, Yəməndə isə Husilərə dəstək verməsi səbəbindən Orta Şərq ərəb ölkələri ilə Tehran arasında münasibətlər gərginləşib.