ABŞ Dövlət Departamenti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasındakı telefon danışığı ilə əlaqədar yazılı açıqlama yayıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qurumun sözçüsü Hizer Nauert amerikalı rahib Andrey Kreyk Brunsonla bağlı məsələnin həlli üçün səyləri davam etdirəcəklərini bildirib.
“Dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında rahib Andrey Kreyk Brunson məsələsi ilə bağlı telefon danışığı oldu. Tərəflər problemin həlli üçün danışıqların davam etdirilməsi və digər ortaq problemlərinin müzakirə edilməsi barədə razılaşdılar”, - bəyanatda deyilir.
Xatırladaq ki, iyulun 26-da ABŞ-ın prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlar səsləndirib. Donald Tramp və Mayk Pens bir-birinin ardınca bildiriblər ki, amerikalı rahib Andrey Kreyk Brunson tamamilə azad edilməyəcəyi halda, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq.
Bundan əvvəl isə Türkiyə məhkəməsi amerikalı rahibi həbsxanadan buraxılması və ev həbsində saxlanılması barədə qərar qərar çıxarıb.