İran Prezidenti Administrasiyasının rəhbərinin müavini Həmid Abutalebi bildirib ki, ölkəsinin ABŞ-la danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.
Teleqraf.com xəbər verir ki, Abutalebi bunu ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhani ilə heç bir şərt olmadan görüşə hazır olduğuna dair açıqlamasına cavab olaraq bildirib.
Xatırladaq ki, Tramp mədəni cəmiyyətlərdə mübahisələrin həlli metodu kimi dialoqa üstünlük verildiyini qeyd edib.