Əl-Qaidə terror təşkilatının arxasında dayanan ölkənin adı açıqlanıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Liviya Müdafiə Nazirliyinin mətbuat katibi Əhməd əl-Mismari həmin ölkənin Qətər olduğunu iddia edib.
Əl-Mismari iddia edir ki, Qətər Əl-Qaidə militanlarına hərbi təlim keçir:
“Bununla bağlı əlimizdə görüntülər və digər faktlar var. Qətərli zabitlər və hərbi mütəxəssislər Əl-Qaidə militanlarına peşəkar hərbi təlim keçirlər. Həmin zabitlərdən biri İŞİD-in Liviyadakı qolunun qurucusudur.
Aralıq dənizinin Rəs-Lanuf və Əl-Sidr limanlarındakı son terror aktlarının arxasında da Qətər dayanır”.