Türkiyə vətəndaşı Ermənistan sərhədlərini keçərkən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
İddia edilir ki, o, Rusiyanın hərbi bazasının (102-ci) yerləşdiyi Gümrü şəhərinə keçməyə cəhd edib.
Saxlanılan şəxsin üzərindən axtarış zamanı mobil telefonundan Ermənistan – Türkiyə sərhədindəki mühəndislik qurğularının foto və video faylları aşkar edilib.
Erməni mənbələr Türkiyə vətəndaşının Gümrüdəki rus hərbi bazası ətrafında müşahidə aparmaq niyyətində olduğunu da iddia edirlər.