Güney Azərbaycanda İranın təhlükəsizlik orqanları tərəfindən həbs edilmiş azərbaycanlı milli-mədəni fəallara dəstək kampaniyası davam edir.
Teleqraf.com xəbər verir ki, İran hakimiyyətinin bu siyasətinə qarşı davam edən aksiyalara Güney Azərbaycandan olan qadınlar da qoşulublar.
Qadın fəallar əllərində plakatlar tutaraq, azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.
Onlar Siyamək Mirzayi, İbrahim Nuri, Kiyumərs İslami, Lətif Həsəni kimi fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını istəyiblər.
Siyasi məhbusların sərbəst buraxılmasını tələb edən plakatlar fars və ingilis dillərində hazırlanıb.