4 Avqust 2018 08:27
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğan həbsxanasında saxlanılan Güney Azərbaycandan olan milli-mədəni fəal Kiyumərs İslami həbsxana rəisinin əmri ilə oğrular və narkomanların saxlandığı bölməyə köçürülüb.

Teleqraf.com xəbər verir ki, fəalın zindanın ən ağır şəraitdə olan bölümünə köçürülməsi ilə bağlı qərar onun iyulun 28-də aclıq aksiyasına başlamasından sonra verilib.

K.İslaminin ailə üzvləri avqustun 1-də Pasrabad Məhkəməsinə növbəti dəfə müraciət edərək onun azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni təqdim etmək istəyiblər, lakin məhkəmə ETTELAAT-ın bölgə idarəsinin tapşırığı ilə ikinci dəfə vəsiqəni qəbul etməkdən imtina edib.

Həbsxanada fəalın işgəncəyə məruz qaldığı bildirilir. Halbuki fəalın dosyesinə baxan hakim yaxın vaxtlarda onun sərbəst buraxılacağını demişdi.

K.İslami bundan əvvəl də Güney Azərbaycan türklərinin hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə görə dəfələrlə İranın təhlükəsizlik orqanları tərəfindən həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər