4 Avqust 2018 17:30
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Cənubi Çin dənizində dislokasiya olunmuş çox böyük həcmdə strateji silahları Çini və digər region ölkələrini təhdid edir və onlara hərbi təzyiq göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Vai İ ASEAN ölkələri xarici işlər nazirlərinin Sinqapurda keçirilən toplantısı çərçivəsində düzənlədiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ-ın sözügedən dənizdəki böyük hərbi gücü region ölkələrinin, o cümlədən Çinin təhlükəsizliyini təhdid edir.

Çinli nazir qeyd edib ki, bu cür davamlı hərbi təzyiq region ölkələri, o cümlədən Çindən müdafiə tədbirləri görməyi tələb edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər