Səudiyyə Ərəbistanı hər ay Yəməndə keçirdiyi hərbi əməliyyatlara 5 milyard dollar xərcləyir.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə İsraildə nəşr olunan “Haartez” qəzeti çıxış edib.
Qəzet Səudiyyənin əməliyyatlar üçün silahları ABŞ-dan aldığını və pilotlarının da Amerikada təlim keçdiyini yazır:
“Səudiyyə Ərəbistanı hər ay Cənubi Amerika və Afrikadan gətirdiyi muzdulular üçün 5 milyard dollar pul xərcləyir. Səudiyyənin digər xərcləri isə 100 min dollardır”.