Ukraynada son bir həftə ərzində 750 nəfər qızılca epidemiyasına yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata əsasən, ilin əvvəlindən Ukraynada qızılcaya yoluxanların sayı 28 min nəfəri ötüb.
9-u uşaq olmaqla 13 nəfər xəstəlik nəticəsində ölüb.
Son bir həftə ərzində yoluxanların 436 nəfəri uşaq, 300-dən çoxu böyük olub.