9 Avqust 2018 14:30
2 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Tacikistanda hərbi təlimlərə başlayacaq.

Teleqraf.com xəbər verir ki, “Rubej-2018” adlanan birgə taktiki təlimlər oktyabr ayında Tacikistan – Əfqanıstan (Xarbmaydon dağları) sərhədlərində keçiriləcək.

Artıq paytaxt Düşənbədə KTMT-yə üzv dövlətlərin təlimlərə hazırlıq məqsədilə danışıqların ikinci mərhələsi başlayıb.

Müzakirələrdə KTMT-nin Birgə Kollegiyasının nümayəndələri, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlər Rusiyanın kəskin etirazına səbəb olub. Rəsmi Moskva açıqlama yayaraq, NATO-nun Rusiya sərhədləri yaxınlığında keçirdiyi təlimlərə cavabın veriləcəyini bildirmişdi.

Buna görə də KTMT-nin təlim məkanının NATO və ABŞ hərbi qüvvələri və bazalarının olduğu Əfqanıstan yaxınlığı seçilməsi təsadüfi hesab edilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər