9 Avqust 18:08

Gürcüstan NATO-ya Abxaziya və Cənubi Osetiyasız daxil olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev deyib:

“Gürcüstan NATO-ya üzv olacağı halda, Abxaziya və Cənubi Osetiya ətrafında yaranmış münaqişə bağlanılacaq. Yəni, Gürcüstan bu iki bölgə istisna olmaqla, mövcud sərhədlər daxilində NATO-ya qoşulacaq”.

Onun sözlərinə görə, NATO-ya üzvlük Gürcüstanla Rusiya arasında normal əlaqələrin perspektivlərini ciddi şəkildə pozacaq: “Bu, Rusiya sərhədləri yaxınlığında bölgələrin ittifaqın planlaşdırılmasına daxil edilməsi demək olacaq. Əlbəttə, bu, Rusiyanın maraqlarına uyğun deyil.

Mən əminəm ki, Gürcüstanın təhlükəsizliyi yalnız region ölkələri ilə yaxşı qonşuluq prinsipləri əsasında, ölkənin hərbi bloklarla və ittifaqlara qoşulmaması prinsipləri əsasında təmin edilə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Загрузка...