"ABŞ etibarlı tərəfdaş deyil".
Teleqraf.com xəbər verir ki, bunu Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ilə görüşü zamanı İran Prezidenti Həsən Ruhani deyib.
O bildirib ki, Vaşinqton öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:
“Vaşinqtonun son illərdəki fəaliyyəti ona gətirib çıxarıb ki, ABŞ administrasiyası bütün dünyada öz öhdəliklərini icra etməyən etibarsız tərəfdaş kimi qəbul olunur”.