13 Avqust 2018 11:03
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın iqtisadi siyasətinə ABŞ Mərkəzi Bankı belə şübhə və narahatlıqla yanaşır.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadiyyat üzrə Nobel mükafatçısı, professor Paul Kruqman deyib.

Trampın prezident səlahiyyətlərini icra etməsindən bu yana ölkədə baş verən iqtisadi böyümənin Barak Obamanın prezidentliyinin ilk dönəmlərindən geridə olduğunu bildirən professor xəbərdarlıq edib ki, Tramp belə davam edərsə qarşıdakı illərdə böyümə yavaşlayacaq:

“2018-ci ilin II yarım ilində ABŞ iqtisadiyyatı 4,1 faiz böyüyüb. Ancaq bu rəqəm 2014-cü il Obama iqtidarının dövründəkindən aşağıdır. Trampın həyata keçirdiyi vergi endirimləri qısa vədəli həll prosesdir. Tətbiq edilən siyasət uzun vədə baxımından rentabelli olmayacaq. Vergi endirimlərinin son nəticəsində ABŞ borclanmaya getməli olacaq. ABŞ iqtisadiyyatı 2019-2020-ci illərdə yavaşıyacaq”.


Müəllif: Cavad