13 Avqust 2018 16:43
3 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Apellyasiya Məhkəməsi eks-prezident Robert Köçəryanın azadlığa buraxılması barədə qərar qəbul edib.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, hakim Aleksandr Azaryan Robert Köçəryanın vəkilinin vəsatətini təmin edib.

Keçmiş prezidentin ofisi Ermənistan məhkəməsinin Robert Köçəryanın həbsinin qeyri-qanuni olması barədə qərar çıxardığı haqda bəyanat yayıb.

Qeyd edək ki, Robert Köçəryan 2008-ci ildə İrəvanda keçirilmiş mitinqlərdə iştirak edən mülki şəxslərə atəş açmaq əmri verməkdə ittiham edilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər