14 Avqust 2018 13:24
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri tərəfindən Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanmış konvensiyanı alqışlayır.

Teleqraf.com xəbər verir ki, bunu BMT baş katibinin mətbuat xidmətinin rəhbəri Stefan Dujarrik deyib.

“Bu tarixi sənəd sülhün və beynəlxalq təhlükəsizliyin qorunması üçün vacib olan regional əməkdaşlığın zəruriliyini göstərir", - deyə Stefan Dujarrik bildirib.

O, BMT baş katibinin bölgə dövlətləri arasında əməkdaşlığı dəstəklədiyini diqqətə çatdırıb:

“Cənab Quterreş konvensiyanın bölgədə gərginliyi azaltmaq üçün mühüm addım olduğu qənaətindədir. Baş katib bu anlaşmanı imzalayan 5 dövlətin regional əməkdaşlığını dəstəkləyir və bu əlamətdar hadisəyə görə hər birini təbrik edir. O inanır ki, artıq Xəzərdə sülh olacaq".

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya və İranın dövlət başçıları Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar konvensiyanı imzalayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər