Rusiya prezidenti Vladimir Putin Avstriyanın xarici işlər naziri Karin Knaysl və Volfqanq Maylingerin toyuna dəvət alıb və buna müsbət cavab verib.
Teleqraf.com xəbər verir ki, məlumatı Putinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. O deyib ki, Putin Berlin səfəri zamanı yolüstü avstriyalı nazirin toy mərasiminə də qatılacaq.
Karin Knaysl Putini toyuna iyunun əvvəlində Vyanada səfərdə olarkən dəvət edib.
Toy mərasimi avqustun 18-də keçiriləcək. Təhlükəsizliyi Avstriyanın “Kobra” xüsusi bölməsinin zabitləri təmin edəcəklər.