15 Avqust 2018 10:05
2 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da həbs edilən Xalq Bankın sədr müavini Hakan Atilla Pensilvaniya əyalətindəki həbsxanaya köçürülüb.

Teleqraf.com xəbər verir ki, Ankara-Vaşinqton münasibətlərində rahib Bransona görə müşahidə olunan gərginlik fonunda ABŞ-ın bu addımı təsadüfi deyil.

Xalq Bankın sədr müavini Hakan Atilla Pensilvaniya ştatındakı həbsxanaya Konnektikut əyalət həbsxanasından köçürülüb.

Həbs yerinin FETÖ şəbəkəsinin lideri Fətullah Gülənin yaşadığı Pensilvaniyaya dəyişdirilməsi diqqət çəkicidir.

Hakan Atillanın 2019-cu ilin 25 iyulunda azadlığa çıxacağı gözlənilir.

Bəzi iddialara görə, ABŞ-ın Türkiyədən tələb etdiyi rahib Branson əvəzinə Ankara da ABŞ-dan Hakan Atillanı tələb edir. Bununla bağlı rəsmi açıqlama olmasa da, müzakirələrin alt qatında Türkiyənin belə bir təkliflə çıxış etdiyi, lakin ABŞ-ın buna razı olmadığı iddiaları var.


Müəllif: Cavad