15 Avqust 2018 22:22
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar ertəsi Böyük Britaniyanın “Eurofighter Typhoon” tipli iki qırıcısı Qara dənizdə NATO-nun hava məkanına yaxınlaşan Rusiya təyyarələrinə görə havaya qaldırılıb.

Bu haqda Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrindən bildiriblər.

“Qırıcıları Rumıniyanın təyyarə bazasından ona görə havaya qaldırdılar ki, Rusiyanın 6 dəd “Su-24” Rusiya təyyarəsi NATO-nun hava məkanına yaxınlaşmışdı”, - idarədən qeyd ediblər.

Rusiyanın Müdafiə Nazirliyindən isə bildiriblər ki, dörd təyyarə Qara dəniz akvatoriyasının üzərində plan tədris uçuşlarını yerinə yetirirdi və onların arasında “Su-24” yox idi. İdarədən qeyd ediblər ki, dəniz aviasiyasının uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara uyğun yerinə yetirilir.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər