ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Vaşinqtonun Türkiyəyə qarşı sanksiyaları genişləndirmək niyyətində olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, Vaşinqton Türkiyədə həsbdə saxlanılan rahib Endru Bransonun azad edilməsini istəyir.
Ankara isə onun terrorçuluqda ittiham olunmasına əsaslanaraq tələbi yerinə yetirməkdən imtina edir.
Avqustun 10-da ABŞ Türkiyədən idxal olunan polad və alüminiuma tətbiq olunan rüsumları 2 dəfə artırıb.
Buna cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikadan idxal olunan elektronika məhsullarının boykot olunduğunu bəyan edib və bir sıra ABŞ mallarına tətbiq olunan rüsumları artırıb.