17 Avqust 2018 13:50
2 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis İranın Bircənd şəhərində qanunsuz fəaliyyət göstərən gecə klubuna basqın edib.

Teleqraf.com xəbər verir ki, əməliyyatda klubda əyləncə təşkil edən 40 nəfər saxlanılıb.

16-sı kişi, 24-ü qadın olan saxlanıların əksəriyyəti 20-35 yaş arasında olan gənclərdir.

Polis bölməsinə aparılan şəxslər alkoqollu içki içməkdə və onu saxlamaqda, eləcə də ictimaiyyət arasında pozğun əməlləri yaymaqda ittiham ediliblər.

Qeyd edək ki, son 2 ildə İranın müxtəlif şəhərlərində qadın və kişilərin birgə qatıldıqları məclislərdə 2 min nəfər həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər