Rusiyanın diplomatik nümayəndəliklərinin beynəlxalq hüququnun pozulması ilə əlaqədar rəsmi Moskva ABŞ-a etiraz notası göndərib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"ABŞ-dakı Rusiya Federasiyasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının beynəlxalq hüquq normaları kobud şəkildə pozulduğuna görə, Rusiya Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə müvafiq notanı göndərərək ABŞ Dövlət Departamentinə qətiyyətli etirazını bildirib", - Rusiya XİN-in saytında yazılıb.