18 Avqust 2018 10:16
3 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Ceyms Mettis Türkiyə və ABŞ əsgərlərinin Menbiçdə birgə patrul qarovulları həyata keçirmək üçün yaxın 3 gün ərzində təlimlərə başlayacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, general Mettis Latın Amerikasına səfəri zamanı jurnalistlərlə söhbəti zamanı belə deyib.

Pentaqon rəhbəri bildirib ki, Menbiç civarında türk və amerikalı əsgərlərinin birgə qarovul nəzarəti üçün təlimlər yaxın 72 saat ərzində başlana bilər:

“Bu, çox yaxında baş verəcək. Bəlkə də daha yaxında. Artıq təlimçilər və personal Türkiyədədir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Yaxın Şərq idarəsinin rəhbəri Devid Satterfield bildirib ki, ABŞ-Türkiyə arasında müşahidə edilən hallar Menbiç mövzusuna təsir etməyəcək.


Müəllif: Cavad