19 Avqust 2018 10:15
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnamda 8 nəfər daşqınların qurbanı olub, daha 2-si itkin düşüb.

Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinə istinadən "VnExpress" nəşri məlumat yayıb.

Bildirilir ki, təxminən 10 min insan güclü yağışlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar. Bəzi bölgələrdə əkin sahələri su altında qalıb, elektrik xətləri sıradan çıxıb.


Müəllif: Mənbə/Report