ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından idxal edilən avtomobillərə 25 faiz əlavə gömrük vergisi tətbiq edəcəklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tramp Qərbi Virciniyada vətəndaşlarla görüşündə avtomobil idxalına gömrük rüsumunun məbləğini yaxın vaxtlarda açıqlayacağını bildirib.
Qeyd edək ki, ABŞ-ın Avropadan gələn maşınlara 20-25 faiz əlavə vergi qoyacağı gözlənilir.