23 Avqust 2018 16:26
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Pyotr Poroşenko Ukraynada suverenliyin itirilməməsi hesabına sülhün bərqərar olacağına söz verib.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, dövlət başçısı bunu Dneprdə keçirilən Dövlət Bayrağı Günü ilə bağlı keçirilən tədbirdə bildirib.

“Biz sülhdən başqa heç nə istəmirik və heç bir xalq da sülhü bizim qədər istəmir. Sülh mütləq olacaq, amma bu suverenliyimizin itirilməsi hesabına baş verməyəcək. Satqınlıq yox, sülh olacaq”, – deyə Poroşenko söyləyib.

Onun sözlərnə görə, bunu Ukrayna xalqının birliyi və döyüşkən Ukrayna ordusu bacara bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər