26 Avqust 2018 14:27
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Senator Con Makkeyn ABŞ siyasi elitasında son on illərdə öz mövqeyi, dəsti-xətti və yeri olan şəxs idi.

Teleqraf.com xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov bildirib.

O qeyd edib ki, C.Makkeyn kommunizmə qarşı mübarizədə mühüm rol oynamış və xidmətləri olmuşdu:

“Dünya haqqında çox səthi və idealist təsəvvürləri olan bir çox liberal siyasətçilərdən fərqli olaraq Makkeynin daha realist təsəvvürü var idi. Onun vəfatı və beləliklə siyasi səhnədən getməsi nəinki Respublikaçılar Partiyasının, bütövlükdə ölkənin siyasi səhnəsinin yeni keyfiyyət mərhələsinə daxil olmasını simvolizə edəcək. Yeni nəsil respublikaçılar artıq başqa materiallardır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər