27 Avqust 2018 23:13
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin insan haqları üzrə ekspertləri Myanma dövlətini insanlığa qarşı cinayət törətməkdə ittiham edir. Myanmada hərbi rejimin rohinca xalqına qarşı törətdikləri soyqırımı əlamətlərini özündə ehtiva edir.

Teleqraf.com xəbər verir ki, ekspertlərin hazırladığı məruzədə dövlət müşaviri Aun San Su Çjinin azlıqlara qarşı nifrətin təbliğində xüsusi rol oynadığı qeyd olunur.

Ağır cinayətlərin təşkilinə görə baş komandan və beş general qanun qarşısında cavab verməlidirlər.

Myanmada cinayətlərin müəyyənləşdirilməsi üzrə BMT-nin müstəqil beynəlxalq missiyasının məlumatına görə, ordunun Rohinca müsəlmanlarına qarşı fəaliyyəti real təhlükədir.

Məruzədə vurğulanır ki, yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi və araşdırılması üçün sübutlar kifayət qədərdir.

Komissiyanın avstraliyalı həmsədri Kristofer Sidoti hesabatı təqdim edərkən deyib ki, komissiya məhkəmə funksiyası daşımır və günahsızlıq prezumpsiyasına xələl gətirmək məqsədi güdmür: “Lakin biz soyqırımının elementlərini daşıyan yetərli sayda dəlillər əldə etmişik və buna görə də beynəlxalq tribunal tərəfindən təhqiqatların aparılmasını, ittihamın irəli sürülməsini tövsiyə edirik”.

2017-ci ilin avqustunda Rohinca silahlıları xalqın vəziyyətinə diqqət yetirilməsi üçün hökumət qüvvələrinə hücum edib. Buna cavab olaraq Myanma ordusu bəzi kəndləri boşaldıb. Nəticədə 700 mindən çox insan Banqladeşə qaçıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər