Axmaq iqtisadi sazişlərə görə ABŞ hər il 800 milyard dollar pul itirir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ üçün azad ticarətin yaxşı olduğundan danışan senatorlara və başqalarına gülürəm. Onlar həqiqətən axmaq ticarət sazişləri səbəbindən işlərini itirirlər və bu, zərərin həcmi ildə 800 milyard dollardan artıqdır”, - deyə Tramp Tvitterdə yazıb.