29 Avqust 2018 13:29
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Karen Avanesyan intihar edib.

Teleqraf.com xəbər verir ki, hərbçinin hansı səbəbdən özünü öldürdüyü məlum deyil.

Ermənistanın İstintaq Komitəsi baş leytenantın ölümünü araşdırır.

O, bu gün səhər saatlarında xidmət etdiyi hərbi hissədə yaralı vəziyyətdə tapılıb. Xəstəxanaya aparılan Karen Avanesyanın həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzrə cinayət işi açılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər