29 Avqust 2018 14:38
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran məktəblərində ancaq fars dili tədris edilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu İranın Təhsil naziri Məhəmməd Bəthayi deyib.

O bu barədə parlamentin Təhsil Komissiyasının iclasında danışıb.

“Əldə etdiyimiz məlumata görə, bəzi məktəblərdə dərslər qeyri-fars dillərində tədris edilir. Halbuki məktəb ev və küçədə öz ana dillərində danışan uşaqlar üçün fars dilinin öyrədildiyi yerdir”.

Qeyd edək ki, iyul ayının 14-də Məhəmməd Bəthayi qeyri-fars dillərin İran üçün təhlükəli olduğunu əsas gətirərək, məktəblərdə onların tədrisinin qadağan edildiyini açıqlamışdı.

Nazirin fikirləri Güney Azərbaycandan olan deputatların etirazlarına səbəb olub. Hazırda da Güneyin bir sıra şəhərlərində Bəthayinin bu fikirlərinə qarşı başlamış etiraz aksiyaları davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər