8 Sentyabr 2018 07:18
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp "Nyu York Tayms" qəzetində onun əleyhinə məqaləsi dərc edilmiş Ağ evdə çalışan şəxsin tapılması üçün Ədliyyə Nazirliyinin hərəkətə keçməsinin vacibliyini vurğulayıb.

Teleqraf.com xəbər verir ki, Tramp məqaləni "milli təhlükəsizlik məsələsi" kimi qiymətləndirib. O, məqalənin yayımlandığı "Nyu York Tayms"a qarşı atılacaq addımları nəzərdən keçirildiyini bildirib: "O şəxsin kimliyi araşdırılacaq. Yuxarı eşalonda təmsil olunarsa, onu tədbirlərimdə görmək istəməyəcəm".

Qeyd edək ki, məqalədə Ağ evdə Donald Trampa qarşı fəaliyyət göstərən şəxslərin olduğu bildirilir.

Tramp “Nyu York Tayms” qəzetinə səslənərək “əgər belə bir qorxaq şəxs həqiqətən varsa, qəzet onun adını milli təhlükəsizlik səbəbindən hökumətə bildirməlidir” deyib.

Ağ evin sözçüsü Sara Sanders rəsmi açıqlama yayaraq sərt dildən istifadə edən və adı açıqlanmayan bu şəxsin ölkəsinin yerinə eqosunu qoyduğunu, özünü Amerika xalqının iradəsinin önündə tutduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər