Yunanıstanda Türkiyə dövlət nömrə nişanlı avtomobil daşa basılıb.
Teleqraf.com xəbər verir ki, "Qızıl şəfəq" (Hrisi Avgi) irçi təşkilatının üzvləri Selanikdə türk turistlərin olduğu maşını yararsız hala salıblar. Avtomobildəki şəxslər hücumdan şok keçiriblər.
İfrat sağçılar maşının üzərinə müxtəlif şüarlar yazıblar.
Polis faktla bağlı araşdırma aparır.