11 Sentyabr 2018 11:37
1 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın bir sıra şəhərlərində həbs edilmiş müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyaları davam edir.

Teleqraf.com xəbər verir ki, Prezident Vladimir Putinə etiraz edən nümayişçilər erməniləri təhqir ediblər.

Navalnı tərəfdarları Putinə xitabən “O, ermənilərdən pis deyil” şüarını səsləndiriblər.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu olan Aleksey Navalnı hakimiyyətə qarşı icazəsiz mitinq təşkil etmək ittihamı ilə 30 gün azadlıqdan məhrum edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər