ABŞ-a məxsus iki F-22 təyyarəsi Alyaska sahələrində iki rus TU-95 bombardmançı təyyarəsinin qarşısını kəsib.
Teleqraf.com xəbər verir ki, bu haqda Şimali Amerika Hava Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
Hadisə Alyaskanın qərbində baş verib.
Xəbərə görə, rus təyyarələri ABŞ və Kanada hava sahəsinə daxil olmayıb, ancaq ABŞ qırıcıları rus təyyarələrinin dənizə 200 milə qədər yaxınlaşmasına imkan verməyib.
Qeyd edək ki, aprel və may ayında da buna bənzər hadisə olub. ABŞ təyyarələri Alyaska hava sahəsində rus bombardumançıların qarşısını alıb.