İranın paytaxtı Tehran şəhərində metro stansiyada baş örtüyünü açaraq, dindarlara etiraz edib. Onun bu hərəkəti stansiyadakı sərnişinlər tərəfindən dəstəklənib.
Teleqraf.com xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yayılmış video-görüntüsü maraqla qarşılanıb.
Görüntüdə metroda qatar gözləyən gənc qadın yanında əyləşmiş axunddan çəkinmədən baş örtüyünü açır. Lakin o, dərhal axundun və qara çarşablı bir qadının etirazı ilə qarşılaşır. Etirazçılar yaxınlaşaraq, onu hədələyir və hicaba riayət etməsini tələb edirlər.
Lakin baş örtüyünü açmış qadın üzünü axunda tutaraq onu və ölkənin dini rəhbərliyini kəskin şəkildə tənqid edir. O bildirir ki, istədiyi kimi geyinmək onun təbii haqqıdır və heç kəs necə geyinib-geyinməməyi ona diktə edə bilməz.
Video-görüntünü təqdim edirik: