16 Sentyabr 2018 19:30
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT ilə Husilər arasında əldə edilən razılaşmaya əsasən, Səna hava limanı xaricdə müalicə almaыı zəruri olan xəstələr üçün açılacaq.

Teleqraf.com xəbər verir ki, BMT-nin Yəmən üzrə nümayəndəsi Liz Qranda husilərin “xarici işlər naziri” Hişam Şərəflə hava dəhlizinin yaradılması barədərazılığa gəlib.

Razılığa əsasən, BMT tərəfindən təşkil edilən proqramlar çərçivəsində sentyabrın 18-dən başlayaraq Yəmən xaricində müalicə alması vacib olan xəstələri üçün Səna hava limanından uçuşlar həyata keçiriləcək. Razılaşma 6 ay müddətində qüvvədə olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər