Ukraynanın kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı təxribatı barədə məlumatlar yayıb.
Rbc.ua, 112.ua saytlarında yayılan məlumatlarda Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində mülki əhalini atəşə tutduğu bildirilir.
Məlumatlarda deyilir:
“Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.