17 Sentyabr 2018 11:59
2 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan Soçiyə yola düşərkən jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, təyyarədə Rəcəb Tayyib Ərdoğan Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb:

“Masada İdlibdəki gərginlik var. İdlibdə belə vəziyyət davam edərsə, nəticələri ağır ola bilər. Buna bir həll tapmaq lazımdır”

Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən tədbirləri yüksək dəyərləndirən Türkiyə prezidenti “tədbirlərdən qabaq qardaşın İlham Əliyevlə birlikdə təkbətək görüşdük. Qarşılıqlı münasibətləri və regiondakı məsələləri müzakirə etdik” –deyə açıqlama verib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Putinlə görüşü zamanı Qarabağ məsələsini də müzakirə edəcək:

“Putinlə Qarabağ məsələsini də açacağam. Amma əsas gündəm İdlibdə olan gərginlikdir”

Ərdoğan İdlibdə gərginlik zonalarında mövqelərinin gücləndirildiyini inkar etməyib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər