17 Sentyabr 2018 15:47
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə gecikdirmə taktikası seçiblər. Bu, amansız reallıqdır.

Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan Bakıdan Ankaraya qayıdarkən jurnalistlərin sualına cavabında deyib.

Onun sözlərinə görə, vasitəçilər problemin həlli istiqamətində həssaslıq nümayiş etdirmirlər: “Buna görə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi 1992-ci ildən bəri davam edir, yəni artıq 26 ildir”.

Türkiyə prezidenti qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin həqiqi missiyası – işğal edilmiş torpaqların həqiqi sahiblərinə qaytarılmasından ibarətdir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər