Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər nazirliyindən bidiriblər.
Məlumata əsasən, tərəflər telefon danışığı zamanı İdlibdə vəziyyətin nizamlanması üzrə razılaşmaları müzakirə ediblər.